Ermənistanda istefalar paradı olacaq - Uzaqlaşdırılacaq nazirlər məlumdur

 Ermənistanda istefalar paradı olacaq - Uzaqlaşdırılacaq nazirlər məlumdur

Ermənistanın icra hakimiyyətində gərgin və narahatverici vəziyyət hökm sürür.

Asayis.Az 
Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr bildirib ki, Nikol Paşinyan nazirlərdən narazıdır və yaxın vaxtlarda hökumətdə çoxlu sayda işdən çıxarılma gözlənilir.

“Hədəflər İrəvan Ağsaqqallar Şurasına seçkilərdən sonra vəzifələrindən gedəcək ərazi idarəetmə və infrastrukturlar naziri Qnel Sanosyan, ədliyyə naziri Qriqor Minasyan və ətraf mühit naziri Hakop Simidyandır. İcra hakimiyyətində yayılan məlumata görə, Nikol Paşinyan bununla kifayətlənməyəcək. Yüksək texnologiyalar naziri Robert Xaçatryan və əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın da öz vəzifələrindən gedəcəyi planlaşdırılır. Burada bu işdən çıxarılmalarla bağlı qızğın söhbətlər getdiyi üçün hökumətdə vəziyyət çox gərgindir, nazirlər nəfəsləri kəsilərək gözləyirlər ki, Paşinyanın növbəti hədəfi kim olacaq, vəzifəsi ilə kim vidalaşacaq. Nikol Paşinyan isə hələ ki, tələsmir. O, Ağsaqqallar Şurasının seçkilərinin keçirilməsini gözləyir, bundan sonra hakimiyyəti “təmizləməyə” başlayacaq. Bundan başqa, işdən çıxarılan nazirlərin əvəzediciləri məsələsi hələ də həllini tapmayıb. Sirr deyil ki, hazırda Paşinyan demək olar bütün komanda yoldaşları ilə gərgin münasibətdədir, heç kimə güvənmir və buna görə də yaxın vaxtlarda istefaya göndəriləcək nazirlərə əvəzləyici tapmır”, - deyə nəşr bildirib.

17:30 - 7 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin