Kəlbəcərdə növbəti təxribatın qarşısı ALINDI

 Kəlbəcərdə növbəti təxribatın qarşısı ALINDI

Sentyabrın 7-si saat 07:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə Asayis.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
 

14:40 - 7 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin