Bakıda külək 12 yaşlı məktəblinin ölümünə səbəb oldu - FOTO

 Bakıda külək 12 yaşlı məktəblinin ölümünə səbəb oldu - FOTO

Bakının Xəzər rayonu ərazisində 12 yaşlı oğlanın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Asayis.Az-ın məlumatına görə, güclü külək səbəbindən Albalılıq yaşayış massivində yerləşən fərdi evin divara bərkidilmiş darvazası aşıb. Nəticədə dəmir darvaza 2011-ci il təvəllüdlü Amil Cəlilovun üzərinə düşüb.

12 yaşlı oğlan yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.Cəlilov orta məktəbin 7-ci sinif şagirdi olub.

“Qafqazinfo”

14:00 - 7 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin