Sentyabrda yeni müharibə olacaq? - Polkovnikdən AÇIQLAMA

 Sentyabrda yeni müharibə olacaq? - Polkovnikdən AÇIQLAMA

Son günlər istər sosial şəbəkələrdə, istər cəmiyyətdə sentyabrda müharibə və ya hərbi əməliyyatların başlayacağı fikirləri dolaşır.
 
Bununla bağlı Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov metbuat.az-a bildirib ki, Azərbaycan 44 günlük müharibədə öz ərazilərini azad etsə də, Ermənistanın qanunsuz silahlı birləşmələri orada qalıb və onlar öz təxribatlarından əl çəkmirlər:

"Bu gün sosial şəbəkələrdə fikirlər dolaşır ki, müharibə başlaya bilərmi? Azərbaycan müharibə vəziyyətindədir. Erməni silahlıları tez-tez Azərbaycan sərhədlərində təxribatlar, terror aktları törədirlər. Ermənistan öz ərazilərindən müxtəlif yollarla həmin ərazilərə silah-sursat, partlayıcı maddələr və s. göndərir. Dəfələrlə Ermənistanın havadarlarına, Ermənistanın hərbi-siyasi dairələrinə xəbərdarlıq edilsə də, onlar təxribatlara davam edirlər, sülhə imza atmaq istəmirlər. Havadarları da onlara təzyiq göstərmir, izah etmirlər ki, Azərbaycanın təklifi ilə razılaşmaq lazımdır.

Polkovnik qeyd edir ki, onların törətdiyi təxribatlara Azərbaycan Ordusunun artıq səbri tükənib:

"Onlar Azərbaycanı məcbur edirlər ki, yaxın zamanlarda ordu gücündən istifadə edərək orada olan silahlı birləşmələri çıxaraq və Azərbaycanın dövlət strukturlarının oradakı fəaliyyətini təmin edək. Təbii ki, bu, qaçılmazdır. Emənistan bu iddialarından əl çəkməsə, sülhə imza atmasa, oradakı silahlıların tərksilah edilməsinə çalışmasa, Azərbaycan məcburdur ki, öz imkanları daxilində bu məsələləri həll etsin".
 

11:05 - 7 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin