“Onlar Ermənistan xüsusi xidmət orqanları ilə təmasdadır” - ŞOK AÇIQLAMA

 “Onlar Ermənistan xüsusi xidmət orqanları ilə təmasdadır” - ŞOK AÇIQLAMA

“Hərbi bölmələrimizin dislokasiya yerlərinin videolarla yayılması, ümumiyyətlə, yolverilməzdir. İllərdir sosial şəbəkələrdə əhaliyə çağırışlar etmişik ki, belə hallara yol vermək olmaz”.

Asayis.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi jurnalist Rey Kərimoğlu deyib. 

O, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Azərbaycan ordusunun fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə yayılan foto və videolarla bağlı xəbərdarlığını şərh edib.

Xatırladaq ki, DTX müvafiq foto və videoların paylaşılmasını cinayət tərkibli hərəkət kimi qiymətləndiriləcəyini bildirib.

R. Kərimoğlu bununla bağlı qeyd edib:

“Bu cür hallar 2 səbəbə görə olur. Birincilər bu paylaşımları bilməyərəkdən edirlər, digərləri Ermənistan xüsusi xidmət orqanları ilə təmasdadır, onlarla birbaşa əməkdaşlıq edən şəxslərdir. Onlar bu tip paylaşımları planlı şəkildə edirlər. Təəssüf ki, bu adamlar aşkarlansa da, haqlarında tədbir görülsə də, qarşısını almaq olmur. Düşmən kəşfiyyatı Azərbaycanın daxilində incə şəkildə işləyir”.

“Ordunun dislokasiyasına gəldikdə, axı bu kimin nəyinə lazımdır? Bunu niyə paylaşmalıdırlar? Adama deyərlər ki, sənin nə dərdinə qalıb? Azərbaycanda bir qrup adamlar var ki, uzun illərdir Avropa və ABŞ-dan gələn qrantlar hesabına işləyir. 

Biz “Qazilər Birliyi” olaraq 2003-cü ildə “Soros Fondu”ndan qrant almaq istəmişik. Bizə birmənalı şəkildə deyiblər ki, sizin fəaliyyətinizdə müharibə çağırışı var, qrant verə bilmərik. Lakin kim müharibə çağırışı etməyib, erməniyə xeyir edən sülh çağırışı edib, onlara veriblər. 

Əslində, biz də sülh çağırışı etmişik, biz də sakitlik istəyirik, müharibə manyakı deyilik. Amma sənin torpağın işğal altındadır və erməni də oradan çıxmır. Nə etməlisən?!

Elə fondlar var ki, arxasında kimin durduğunu bilmirik. Bu fondlar bir sıra layihələr üçün 3-5 milyon pul verir. Pul verən ermənilərdir. Yəni bu əməkdaşlıqdır. Məsələn, söyləyirlər ki, ölkədə milli-mənəvi dəyər olmasın. Halbukihər bir millət və dövlət üçün milli-mənəvi dəyərlər onun dayağı, əsas sütunudur. Onlar istəyirlər ki, öz dəyərlərini bizə də sırısınlar. Azərbaycanda ailə institutu çox güclüdür. 44 günlük müharibədə bir evdən 2, bəzən 3 adam döyüşməyə getmişdi”.

Hərbi jurnalistin fikrincə, sosial şəbəkədə gərəksiz fəallıq edənlər məlum mərkəzlərin toruna düşmüş adamlardır:

“Onların böyük əksəriyyəti Ermənistan xüsusi xidmət orqanlarının girovuna çevrilmiş adamlardır. Bu cür foto və videoları çəkib paylaşırlar”.

10:33 - 7 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin