AzTU-nun dosenti 52 yaşında vəfat edib - FOTO

 AzTU-nun dosenti 52 yaşında vəfat edib - FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) Mexatronika və maşın dizaynı kafedrasının dosenti Nigar Zeynalova uzunsürən xəstəlikdən sonra 52 yaşında vəfat edib.

Bu barədə Asayis.az-a AzTU-dan məlumat verilib.

Nigar Zeynalova 1992-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Avtomatika və hesablama texnikası fakültəsini bitirib. 1992-ci ildən universitetdə müxtəlif vəzifələrdə çalışıb.

O, çoxsaylı metodik vəsait və fənn proqramının müəllifi idi.

16:00 - 6 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin