Silahlı hücumda 7 nəfər öldü, 12 nəfər qaçırıldı

 Silahlı hücumda 7 nəfər öldü, 12 nəfər qaçırıldı

Nigeriyanın şimalındakı Katsina əyalətində silahlı hücumda 7 nəfər ölüb, 12 nəfər qaçırılıb.

Asayis.Az 
xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumatbyayıb.

Məlumata görə, Katsina əyalətində naməlum silahlı şəxslər tərəfindən silahlı hücum təşkil edilib.

Hücumda biri qadın olmaqla 7 nəfər həyatını itirib, çox sayda insan yaralanıb, 12 nəfər qaçırılıb.

Nigeriyanın şimalı silahlı dəstələr səbəbindən böyük təhlükəsizlik böhranı ilə üzləşib. 

Qeyd edək ki, sözügedən dəstələr pul üçün adam oğurluğu, soyğunçuluq,  qətl və bir çox cinayətlərdə iştirak edir.

15:33 - 6 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin