Britaniya Vaqneri terror təşkilatı elan etməyə hazırlaşır

 Britaniya Vaqneri terror təşkilatı elan etməyə hazırlaşır

Britaniya hökuməti Rusiyadakı muzdlu “Vaqner” şirkətini “terror təşkilatı” elan etməyə hazırlaşır. 

Asayis.Az
 xəbər verir ki, bu barədə Britaniyanın daxili işlər naziri Suella Braverman mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, Vaqner Rusiyanın hərbi maşınıdır:

"Onun Afrika və Ukraynadakı fəaliyyəti qlobal təhlükəsizliyə təhdiddir. Şirkətin sabitliyi pozan fəaliyyəti yalnız Kremlin siyasi maraqlarına xidmət edir. Yaxınlarda Vaqner terror təşkilatı kimi elan edilə bilər. Artıq bu haqda qanun layihəsi hazırlanır.

Parlamentə təqdim edilməsi gözlənilən qanun layihəsi Vaqnerin aktivlərinə həbs qoyulmasına da imkan verəcək. Qanun qəbul edildikdən sonra Vaqner'ə kömək edənlər 14 ilə qədər həbs və ya 5000 funt-sterlinqə qədər cərimələnə bilər".

 

14:45 - 6 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin