İki iş adamı Ümrə ziyarətinə getdikləri Səudiyyədə Ronaldonu izlədikləri üçün saxlanıldı - FOTO

 İki iş adamı Ümrə ziyarətinə getdikləri Səudiyyədə Ronaldonu izlədikləri üçün saxlanıldı - FOTO

 

 


 

Ümrə üçün Səudiyyə Ərəbistanının Məkkə şəhərinə gedən iki kürd iş adamı “Gəlmişkən Kristiano Ronaldonun oyununu da izləyək” deyərək matça getmək istəyib, lakin Səudiyyə Ərəbistanı polisi tərəfindən yaxalanıb.

Asayis.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə avqust ayında baş verib.

Mövzu ilə bağlı "Rüdaw" xəbər mərkəzinə danışan İraq Kürdüstan Regional Rəhbərliyinin Həcc və Ümrə İşləri Baş direktoru Şeyx Niyaz Nəkişbəndi, Məkkəyə tur təşkil edən şirkətin sahibi iki kürd iş adamının Məkkədə saxlandığı barədə məlumatı təsdiqləyib.

Avqustun əvvəlində kürd iş adamlarının Səudiyyə Ərəbistanına səfər etdiyini bildirən Nakişbəndi, “Salar və Sabah adlı vətəndaşlarımız matçı izləmək üçün Səudiyyə Ərəbistanının Taif şəhərinə getdilər. Məqsədləri Ronaldonu görmək idi, lakin həmin vaxt Səudiyyə Ərəbistanı rəsmilərinin də matçı izləmək üçün stadionda olduğunu söylədilər. Burada şəkil çəkməyə icazə verilmir. Bu iki vətəndaş isə matçın və tribunadakı rəsmilərin şəkillərini çəkdiklərinə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılırlar.

Şeyx Niyaz Nəkişbəndi 4 sentyabr bazar ertəsi Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki İraq konsulu ilə telefon danışığı apardığını bildirib və “Taif baş katibi bu şəxslərin azad edilməsinə qərar verib. Onların azad edilməsi üçün yalnız bəzi inzibati prosedurlar qalıb. Tezliklə onları Kürdüstana göndərəcəklər”, - deyə o bildirib.

11:00 - 6 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin