ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cil Bayden koronavirusa yoluxub.
Asayis.Az xəbər verir ki, bu barədə Ağ Evdən verilən açıqlamada bildirilib.
Açıqlamaya görə, Cil Baydenin koronavirus testi müsbət çıxıb.
Prezident Co Bayden də bununla bağlı koronavirus testindən keçirilib və onun sağlam olduğu öyrənilib.
Səlahiyyətlilər bildirib ki, həftə ərzində mütəmadi olaraq testlər aparılacaq və simptomlar yoxlanılacaq.
Qeyd edək ki, G-20 Sammiti üçün cümə axşamı Hindistana getməsi planlaşdırılan Baydenin cədvəlində dəyişiklik olub-olmayacağı açıqlanmayıb.