Messiyə matçdan sonra butulka atıldı - VİDEO

 Messiyə matçdan sonra butulka atıldı - VİDEO

 

MLS-də “Los-Anceles”lə səfər oyunundan sonra azarkeşlərdən biri "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messiyə butulka atıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, argentinalı mühafizəçisinin müşayiəti ilə meydanı tərk edirmiş və bu zaman tribunadan futbolçuya butulka atılıb. Butulka Messiyə dəyməyib, futbolçu şüşəni görən kimi aşağı əyilib.



Qeyd edək ki, Messi həmin görüşdə iki məhsuldar ötürmə edib. Qarşılaşma Mayami komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Ötən ayın sonlarında Lionel Messi özünə cangüdən tutub. Futbolçu üçün cangüdəni Amerika klubunun həmsahibi Devid Bekem seçib. Mühafizəçi ABŞ Ordusunun xüsusi təyinatlılarının İraq və Əfqanıstanda döyüş təcrübəsinə malik və döyüş sənətində mahir olan keçmiş əsgəridir. O, həmçinin bir neçə MMA döyüşlərində iştirak edib.


Futbolçunun cangüdəni müştərisini hər hansı arzuolunmaz təmasdan qorumaq üçün “İnter Mayami”nin matçları zamanı meydançanın kənarı ilə qaçır.

Messi yay transfer pəncərəsində “İnter Mayami”yə keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. O, bu mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.
 

14:50 - 5 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin