Zəncirvari yol qəzasında 7 nəfər öldü

 Zəncirvari yol qəzasında 7 nəfər öldü

Braziliyanın Parana əyalətində magistral yolda zəncirvari yol qəzası baş verib.

Asayis.Az xəbər verir ki, bu barədə Braziliya KİV-i məlumat yayıb.

Məlumata əsasən, qəza nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

Qəzada ən azı 20 avtomobilin iştirak etdiyini və onlardan birinin tamamilə yandığını bildirilib. Ölənlərin sayının artacağı gözlənilir.
 

10:22 - 5 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin