Ukraynanın müdafiə naziri Oliksiy Reznikov istefa ərizəsini Ali Radaya təqdim edib.
Asayis.Az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində məlumat verib.
O.Reznikov Ukrayna Prezidenti Volodimir Zelenskinin qərarını yerinə yetirmək üçün Ali Radaya istefa məktubu təqdim etdiyini vurğulayıb.