43 il əvvəl İrəvanda azərbaycanlı toyundan görüntülər - Həmin cütlük illər sonra danışdı (VİDEO)

 43 il əvvəl İrəvanda azərbaycanlı toyundan görüntülər - Həmin cütlük illər sonra danışdı (VİDEO)

 

Azpost.info-nun hazırladığı 1980-cı ildə sovet Ermənistanın paytaxtı İrəvanda keçirilmiş toy mərasiminin görüntüləri maraqla izlənib.

Azərbaycanlılara məxsus toy o dövrün kino kamerası ilə çəkilib. Kadrlarda maşın karvanının İrəvanın Teatr meydanında dövrə vurduğu, bəy və gəlinin “Qaz-24” avtomobilindən düşərək xatirə lövhəsi qarşısında çiçək dəstəsi qoyması əks olunub.

Daha sonra toy şadlıq evində davam edir. Toy mərasiminin o zaman populyar olan müğənni Nizami İsmayılovun idarə etdiyi görünür.
Kadrlarda əks olunan insanların sovet həyat tərzi maraq doğurur.
“Xəzər” TV 43 il əvvəl İrəvanda toy eləmiş həmin şəxsləri taparaq danışdırıb.

Həmin sujeti təqdim edirik:


 

15:39 - 4 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin