Ucarda əmioğlular arasında baş verən mübahisə qanla bitdi

 Ucarda əmioğlular arasında baş verən mübahisə qanla bitdi

Ucar rayonunda əmioğlular arasında baş verən mübahisə qanla bitib.

Asayis.Az-ın xəbərinə görə, hadisə 03 axşam saatlarında rayonun Qazyan kəndində baş verib. Kənd sakini, 1989-cu il təvəllüdlü Daşqın Ağasəf oğlu Abdullayev qonşuluğunda yaşayan əmisi oğlu, 1991-ci il təvəllüdlü Əbülfəz Ağahüseyn oğlu Hüseynli ilə aralarında baş vermiş münaqişə nəticəsində sonuncuya bıçaqla ağır xəsarət yetirib. Zərərçəkən Ə. Hüseynli Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

11:59 - 4 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin