“Müəllimlər, uşaqlara eyni şeir, etüd, monoloq öyrətməyin”

 “Müəllimlər, uşaqlara eyni şeir, etüd, monoloq öyrətməyin”

Xalq artisti Mehriban Zəki müəllimləri tənqid edib.

Asayis.Az xəbər verir ki, aktrisa aktyor dərsləri verənlərə səslənib. O bildirib ki, aktyorlar yaxşı hazırlaşdırılmır:

"Gələn il üçün aktyor sənəti ixtisasına abituryentləri hazırlaşdıran müəllimlər: Lütfən, bütün uşaqlara eyni şeir, etüd, monoloq öyrətməyin. Hamı bir-birini "kopy-past" edib sanki. Fərqli və fərdi yanaşın gənclərə. Bu il tələbə adını qazanmış gənclərə uğurlar. Sənəti sevin ki, sənət də sizi sevsin".

11:26 - 4 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin