Misirli milyarder Məhəmməd Əl-Fayed 94 yaşında vəfat edib.
Asayis.Az xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Milyarderin Londonda “Regents Park”ın yaxınlığındakı Mərkəzi məsciddə dəfn edildiyi bildirilir.
Qeyd edək ki, dünyanın ən zəngin şəxslərindən olan Məhəmməd Əl-Fayed İngiltərənin "Fulham" futbol klubunun və Londonun məşhur “Harrods” ticarət mərkəzinin sahibidir. O, 1997-ci il avqustun 31-də Parisdə Alma körpüsünün altında avtomobil qəzasında Şahzadə Diana ilə birlikdə həlak olan Dodi Əl-Fayedin atasıdır. Milyarder oğlunun ölümündə Britaniya kral ailəsini günahlandırırdı.//Qafqazinfo