6 mərtəbəli binada yanğın baş verdi

 6 mərtəbəli binada yanğın baş verdi

Türkiyənin Zonquldak vilayətində 6 mərtəbəli binada yanğın baş verib.

Asayis.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, hadisə səhər saatlarında binanın üst mərtəbəsində baş verib.

Naməlum səbəbdən baş verən yanğında 1 nəfər xəsarət alıb.

Əraziyə çoxlu sayda yanğınsöndürmə qrupları cəlb olunub və dərhal yanğına müdaxilə edilib.

Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırmalar aparılır.

13:15 - 2 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin