Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad edildi

 Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad edildi

Cahangir Calal oğlu Əsgərov “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

Asayis.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.

12:15 - 2 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin