Erməni separatçılar Ağdam-Xankəndi yolunu bağladı - VİDEO

 Erməni separatçılar Ağdam-Xankəndi yolunu bağladı - VİDEO
Qarabağdakı erməni separatçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) ərzaq yükünün Xankəndiyə çatdırılmasını əngəlləmək üçün Ağdam-Xankəndi yolu üzərində, Əsgəran yaxınlığında etiraz aksiyası keçirirlər.

Asayis.Az xəbər verir ki, APA-nın əldə etdiyi görüntülərdən aydın olur ki, onlar faktiki olaraq yolu bloklayıblar. Guya Xankəndidə "humanitar fəlakət" yaşandığını dünyaya car çəkən ermənilərin ərzaq yükünün məhz Azərbaycandan gəlməsinə maneçilik törətməsi rasizmdir və bu davranış beynəlxalq ictimaiyyət tərəfindən ciddi qınanmalıdır.

Qeyd edək ki, AzQAC tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün avqustun 29-da Bakıdan göndərilən 40 ton un yüklü iki avtomobil Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir.
 

 

17:50 - 1 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin