Ermənilər zərbə PUA-sı tətbiq etdi - Daha 2 hərbçimiz yaralandı

 Ermənilər zərbə PUA-sı tətbiq etdi - Daha 2 hərbçimiz yaralandı

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Bu barədə Asayis.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.

Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.

15:40 - 1 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin