Siyəzəndə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Asayis.Az xəbər verir ki, hadisə Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. İki minik maşının toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Ölənlər Siyəzən rayonunun Böyük Həmyə kənd sakinləri 37 yaşlı Samit Əmirov və onun 3 yaşlı övladı Elnur Əmirlidir.
Xəsarət alanlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.