Nigerdə üsyançılar tərəfindən yaradılan keçid hökumətinin Daxili İşlər Nazirliyi beynəlxalq təşkilatların və QHT-lərin əməliyyat zonalarında fəaliyyətini dayandırmaq barədə göstəriş verib.
Asayis.Az report-a istinadən xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.
"Təhlükəsizlik vəziyyəti və Niger Silahlı Qüvvələrinin hazırkı əməliyyat hazırlığı ilə əlaqədar nazirlik ölkədə mövcud olan beynəlxalq təşkilatları, milli və beynəlxalq QHT-ləri və BMT-yə bağlı qurumları məlumatlandırır ki, onların bütün fəaliyyət və hərəkətləri əməliyyat zonalarında müvəqqəti olaraq dayandırılıb", - AFP agentliyi bildirir.