Ticarət mərkəzinin yaxınlığında atışma, ölən və yaralananlar var

 Ticarət mərkəzinin yaxınlığında atışma, ölən və yaralananlar var

ABŞ-nin Texas ştatının Ostin şəhərində ticarət mərkəzinin yaxınlığında naməlum silahlı şəxs atəş açıb, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Asayis.Az report-a istinadən xəbər verir ki, bu barədə "NBC News" polisə istinadən məlumat yayıb.

Daha sonra polis şübhəlinin də öldüyünü bildirib. Hüquq-mühafizə orqanları onun hansı şəraitdə öldüyünü dəqiqləşdirməyiblər.

İlkin olaraq bir neçə hadisə şahidi partlayış səsləri eşitdiklərini bildiriblər, bu səbəbdən də bir qrup bomba mütəxəssisi ərazidə axtarış aparıb. Heç bir partlayıcı və ya şübhəli əşya aşkar edilməyib.

12:50 - 1 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin