“Sədərək”də YANĞIN

 “Sədərək”də YANĞIN

Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın olub.

Asayis.Az-ın xəbərinə görə, hadisə bu gün səhər saatlarında ticarət mərkəzinin 9 və 10-cu sıralarındakı mağazaların birində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.

Araşdırma aparılır.

15:50 - 31 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin