"TikTok" daha bir ölkədə qadağan edildi

Qırğızıstanda "TikTok" sosial media platforması qadağan edilib.

Asayis.Az xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi qərar qəbul edib.

Bildirilib ki, nazirliyə "TikTok" tətbiqinin zərərləri ilə bağlı bir çox qeyri-hökumət təşkilatlarından şikayətlər daxil olub.

Həmçinin, platformanın istifadəçilərdə asılılıq yaratdığı və onların həyatı üçün təhlükəyə səbəb olduğu qeyd edilib.
 

14:39 - 31 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin