“Siz hər iki ölkənin maraqlarını nəzərə almadan Bakı və İrəvan arasında münasibətlərin tənzimlənməsinə ümid etməməlisiniz”.
Asayis.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, Azərbaycana təzyiqləri artırmaq üçün beynəlxalq aləmdə yeni təşəbbüslə çıxış etmək niyyətində olan Fransa prezidenti Emmanuel Makronun açıqlamalarını belə şərh edib.
“Moskva Rusiyanın Bakı ilə İrəvan arasında münasibətləri normallaşdırmaq səylərinə zidd olmayan istənilən təşəbbüsləri alqışlayır. Digər tərəfdən, Fransanın bu sahədəki fəaliyyəti bizə yaxşı məlumdur. Vasitəçilik səyləri çərçivəsində münaqişənin hər iki tərəfinin mövqeyi nəzərə alınmalıdır. Bunsuz vəziyyətin həllində irəliləyişə ümid etməyə dəyməz”, – Zaxarova bildirib.