“Ermənistan vətəndaşlığını qəbul etməyə hazırıq” - İcma sədri

 “Ermənistan vətəndaşlığını qəbul etməyə hazırıq” - İcma sədri

“Qarabağda yaşayan ermənilər son 35 ildə Azərbaycana qarşı kifayət qədər hərbi və dövləti cinayət törətsələr də, bölgəyə sülh və əmin-amanlıq gəlməsi naminə Azərbaycan Prezidenti onlara vətəndaşlığımızı qəbul etmək şərtilə ölkəmizdə qalıb yaşamaq üçün növbəti dəfə fürsət verib. Lakin ermənilər hələ də bu fürsəti dəyərləndirmək ağlına sahib deyillər, hələ də "müstəqillik" xülyasındadırlar”.

Asayis.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib.

O deyib ki, azərbaycanlı qaçqınlar "Ermənistan" vətəndaşlığını qəbul edərək doğma yurdlarımıza qayıtmaq istəyir:

“Ermənistan dövləti isə son 35 ildə Azərbaycana vurduğu maddi və mənəvi zərərə görə beynəlxalq məhkəmələr qarşısında cavab vermək əvəzinə təxribatçı çıxışlar edir. Hələ də Azərbaycan ərazisində qalmaqda və terrorçuları dəstəkləməkdə davam edən 20-25 min erməninin “hüquqları” barədə qışqırıq qoparmaqda, xarici havadarlarından dəstək dilənməkdədir.

 Halbuki Qərbi Azərbaycan İcması artıq neçənci dəfədir ki, “Ermənistanın” baş naziri Nikol Paşinyana və beynəlxalq təşkilatlara müraciət edərək 1987-1991-ci illərdə Qərbi Azərbaycandakı ata-baba yurdlarından qovulmuş 300 min nəfərə yaxın azərbaycanlı qaçqının doğma evlərinə qayıtmaları üçün təminat verilməsini xahiş etməkdədir. Amma Azərbaycan vətəndaşı ermənilərin səsini dərhal eşidən Paşinyan, təəssüf ki, vaxtilə “Ermənistanın” vətəndaşı olmuş azərbaycanlı qaçqınların səsini eşitmək istəmir. 

Üstəlik, ermənilərdən fərqli olaraq, biz azərbaycanlı qaçqınlar “Ermənistan” vətəndaşlığını qəbul edərək doğma yurdlarımıza qayıtmağa, ermənilərlə yanaşı yaşamağa hazır olduğumuzu dəfələrlə bildirmişik. Bəs “Ermənistan”, ermənilər və Paşinyan bizim geri qayıtmağımızı niyə istəmirlər? Çünki ermənilərdən fərqli olaraq, biz Qərbi Azərbaycan (indiki “Ermənistan”) ərazisinin əsl sahibləriyik”.

17:20 - 30 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin