“Sədərək”də QƏZA - Ölən var

 “Sədərək”də QƏZA - Ölən var

“Sədərək” ticarət mərkəzinin ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Asayis.Az xəbər verir ki, naməlum avtomobil Süleymanov Samir Qabil oğlunu vurub. Ağır xəsarət alan şəxs Respublika Klinik Xəstəxanasına yerləşdirilib, lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, vəfat edib.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

16:29 - 30 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin