Rusiyada təyyarələr, neft anbarı və hərbi hissə məhv edilib - VİDEO

 Rusiyada təyyarələr, neft anbarı və hərbi hissə məhv edilib - VİDEO

Avqustun 29-dan 30-na keçən gecə Rusiya Ukraynada müharibə başlayandan bəri ən kütləvi dron hücumuna məruz qalıb.

Asayis.Az 
“RBC-Ukrayna”ya istinadən xəbər verir ki, pilotsuz təyyarələrin hücumu nəticəsində təyyarələr, neft anbarı və hərbi hissə məhv edilib.


***
01.32


 

Rusiyanın Pskov vilayətində hərbi aerodromda pilotsuz təyyarənin hücumu nəticəsində dörd İl-76 təyyarəsi zədələnib.

Asayis.Az 
xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Pskov vilayətinin qubernatoru Mixail Vedernikov öz Telegram kanalında Pskov hava limanına pilotsuz təyyarə ilə hücumu təsdiqləyib.

“Müdafiə Nazirliyi pilotsuz təyyarələrin Pskov hava limanına hücumunun qarşısını alır. Hadisə başlayandan şəxsən mən hadisə yerində olmuşam”, - deyə vilayət rəhbəri açıqlamasında bildirib.

Qeyd edək ki, Pskov şəhəri Ukrayna sərhədindən təxminən 700 km məsafədə yerləşir.

16:09 - 30 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin