Elmira Rəhimova uzun aradan sonra ilk dəfə görüntüləndi - FOTO

 Elmira Rəhimova uzun aradan sonra ilk dəfə görüntüləndi - FOTO

Xalq artisti Elmira Rəhimova uzun aradan sonra ilk dəfə görüntülənib.

Asayis.Az axşam.az-a istinadən məlumat verir ki, bu barədə jurnalist Əli Novruzəliyev sosial media hesabında paylaşım edib.

Səhhəti ilə bağlı açıqlama verən E.Rəhimova hazırda müalicə aldığını bildirib:

"Hamı üçün darıxmışam. Səhhətim yaxşıdır, müalicə alıram. Özümü xəstəliklərdən qorumağa çalışıram. 

Efirləri izləyirəm. Müğənnilərin mənim mahnılarımı oxuduğunu görəndə sevinir, fərəhlənirəm".

Qeyd edək ki, avqustun 13-də Elmira Rəhimovanın 82 yaşı tamam olub.

14:34 - 30 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin