15 yaşlı yeniyetmə bıçaqlandı

 15 yaşlı yeniyetmə bıçaqlandı

Türkiyənin Qars vilayətində  15 yaşlı yeniyetmə bıçaqlanıb.

Asayis.Az 
xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Bildirilib ki, 15 yaşlı oğlan bir qrup gənclə mübahisə edib, nəticədə bıçaqlı şəxs yeniyetməyə xəsarət yetirib.

Ağır yaralanan yeniyetmə təcili yardımla xəstəxanaya aparılıb. Lakin edilən müdaxilələrə baxmayaraq xilas oluna bilməyib.

Hadisədən sonra qaçan hücumçular polis tərəfindən saxlanılıb. Araşdırmalar davam etdirilir.
 

13:36 - 30 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin