İraqda fransalı əsgər güllələndi

 İraqda fransalı əsgər güllələndi

İraqda xüsusi təyinatlı qüvvələrdə xidmət edən fransalı əsgər hərbi əməliyyat zamanı güllələnərək ölüb.

Asayis.Az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Məlumata görə,  İraq hərbi birliyinə dəstək üçün əməliyyatlarda iştirak edən xüsusi təyinatlı fransalı əsgərlərindən biri ölüb, 4 əsgər isə ağır yaralanıb.

Fransa prezidenti Emmanuel Makron verdiyi açıqlamada hadisədən dərin təəssüf hissi keçirdiyini bildirib.

Həmçinin əsgərin ailəsinə və yaxınlarına, eləcə də silahdaşlarına başsağlığı verib.

12:45 - 30 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin