“Barselona” 20 yaşlı futbolçuya fantastik qiymət qoydu - 400 milyon avro!

 “Barselona” 20 yaşlı futbolçuya fantastik qiymət qoydu - 400 milyon avro!

"Barselona" yarımmüdafiəçisi Fermin Lopezlə müqaviləni uzadıb. 

Asayis.Az 
İspaniya mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu ilə müqavilə 30 iyun 2027-ci ilə qədərdir. Müqavilə 400 milyon avro məbləğində təzminat məbləği var. 

İspan futbolçu ötən mövsümü icarə əsasında "Linares"də oynayıb. 

Fermin mövsümöncəsi məşqini "Barselona"nın əsas komandası ilə keçirib. O, "Real"la yoxlama görüşündə (3:0) qol və qol ötürməsinin müəllifi olub. 

12:11 - 30 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin