“Lazım gəlsə, istefa verəcəyəm” - Arayik

 “Lazım gəlsə, istefa verəcəyəm” - Arayik

Qarabağdakı separatçı qurumun "prezidenti" Arayik Arutyunyan istefası məsələsi ilə bağlı danışıb. 

Asayis.Az
 Ermənistan mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, qondarma rejimin "parlamentinin" dünənki növbədənkənar iclasında onun istefası məsələsi müzakirə olunub. 

Arutyunyan əlavə edib ki, yaxın günlərdə bu məsələyə daha dar çərçivədə baxılacaq və lazım gələrsə, istefa verəcək. 

10:44 - 30 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin