Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn həftə Rusiyada Vladimir Putinlə görüşəcəyi gözlənilir.
Asayis.Az xəbər verir ki, "Bloomberg" bu barədə Türkiyə mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, görüş Türkiyə Prezidenti Ərdoğanın G20 sammitindən əvvəl sentyabrın 8-də Rusiyaya səfəri çərçivəsində baş tuta bilər.
Görüşdə Qara Dəniz Taxıl Təşəbbüsünün müzakirəsi gözlənilir.