Arutunyanın oturduğu bina atəşə tutuldu

 Arutunyanın oturduğu bina atəşə tutuldu

Xankəndidə naməlum şəxslərin Xankəndindəki separatçı guruhun başçısı Araik Arutunyanın oturduğu binanı atəşə tutublar.

Azpost.info bildirir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

İnsidentin bəzi təfərrüatları məlum olub.

Məlum olub ki, Xankəndidə yaşayan iki nəfər – A. V. (1983-cü il təvəllüdlü) və A. A. (1981-ci il təvəllüdlü) avqustun 28-i saat 03 radələrində sərxoş vəziyyətdə binaya və yaxınlıqdakı şəxslərə avtomat silahdan atəş açıb.

Həmin şəxslər saxlanılıb.

10:54 - 29 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin