Rusiyanın “Sputnik” və “RT”-nin baş redaktoru Marqartia Simonyan bildirib ki, bir həftə ərzində yaşadığı evinin yaxınlığına iki PUA düşüb.
Asayis.Az bildirir ki, o, bu barədə RİA-Novosti”yə deyib.
İlk dron avqustun 21-də vurulub.
“Bir həftə ərzində ikinci dəfə evimizin yaxınlığında PUA düşdü. Düşəndə çox gurultu ilə düşür. Yenicə yuxuya getdiyin vaxt, dördün yarısında oyanırsan”, -deyə Simonyan bildirib.
Marqarita Simonyan ilk dəfə avqustun 21-də yan küçədə PUA-nın düşməsi barədə məlumat verib. Həmin gün Rusiya Müdafiə Nazirliyi İstra bölgəsində pilotsuz təyyarənin vurulduğunu açıqlayıb. “Kommersant” xəbər verir ki, avqustun 26-da Moskva vilayətinin bu hissəsində vurulan daha bir pilotsuz təyyarə barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Simonyan qeyd edib ki, ruslar dronların Ukraynadan bu qədər uzaqlara necə uça bildiynə təəccüblənirlər. Hərbçilər ona deyiblər ki, hava hücumundan müdafiə sistemi PUA kimi kiçik obyektlər üçün konfiqurasiya olunmayıb. Çünki əks halda HHM quşlara reaksiya verəcək: “Bununla belə, onlar birtəhər yenidən konfiqurasiya edirlər. Bu həftə bir növ dron əleyhinə lazer silahının icad edildiyi açıqlanıb”.