Ermənistanın baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyan Sünik rayonunun Bnunis icmasında 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycan ordusunun hərbçiləri tərəfindən məhv edilmiş erməni əsgər Edqar Marqryanın xatirəsinə inşa olunmuş qonaq evinin açılışında rəqs edib.
“Report” xəbər verir ki, A.Akopyan bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
O, “Bnunisdə yeni bir turist ünvanı var: Edqarın Evi/”Edgar's House”. Qonaq evi bu gün öz qapılarını qonaqların üzünə açdı”, - sözlərini yazıb və fotolarını paylaşıb.
Qeyd edək ki, qonaq evinin inşası 44 günlük müharibə zamanı məhv edilmiş E.Marqryanın arzusu olub.