İstanbulda terror əməliyyatında 8 nəfər saxlanıldı

 İstanbulda terror əməliyyatında 8 nəfər saxlanıldı

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 8 şübhəli saxlanılıb.

Asayis.Az xəbər verir ki, bu barədə şəhərin baş prokurorluğundan məlumat verilib.

Məlumata görə, terror təşkilatları ilə əlaqəsi olduğu müəyyən edilən 10 şübhəli barəsində əməliyyat keçirilib.

İstanbulun 5 rayonunda 10 fərqli ünvanda keçirilən əməliyyatlarda 8 şübhəli saxlanılıb. 

Digər iki şübhəlinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.  

12:59 - 26 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin