Özbəkistan lideri Şavkat Mirziyoyevin qızı Səidə Mirziyoyeva Prezidentin köməkçisi vəzifəsinə təyin edilib.
Asayis.Az xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Şavkat Mirziyoyev bu barədə sərəncam imzalayıb.
Qeyd edək ki, Səidə Mirziyoyeva ötən ilin noyabrından Özbəkistan Prezidenti Administrasiyasının informasiya siyasəti sektorunun müdiri vəzifəsində çalışır.