Anjey Kaspşik Ermənistan-Azərbaycan sərhədinə gəldi

 Anjey Kaspşik Ermənistan-Azərbaycan sərhədinə gəldi

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Laçın sərhədinə gəlib.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.

Kaspşik Laçın dəhlizinin girişinin qarşısındakı əraziyə baş çəkərək müşahidə aparıb.

Qeyd edək ki, avqustun 23-də Kaspşik İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşərək Laçın dəhlizindəki vəziyyəti müzakirə edib.

Azərbaycan tərəfi regiona işgüzar səfərə gələn Kaspşiki qəbul etməkdən imtina edib. Hökumət bunu vaxt itkisi hesab edib.

10:22 - 26 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin