Tramp həbs edildi, 200 min verib çıxdı

 Tramp həbs edildi, 200 min verib çıxdı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp rəsmi həbs prosesindən keçmək üçün Corciya ştatındakı Fulton dairə həbsxanasına gəlib. 

Asayis.Az 
xəbər verir ki, həbsxanada onun üzərində axtarış aparılıb, fotoşəkilləri çəkilib və barmaq izləri götürülüb.

Bundan sonra o, 200 min dollar girov qarşılığında sərbəst buraxılıb.

Tramp seçkilərə müdaxilə etməkdə ittiham olunur. O, özünü təqsirli bilmir və baş verənləri “ədalətin parodiyası” adlandırır. Sabiq prezident ona qarşı açılan işi cinayət işinin 2024-cü ildə ABŞ-da keçiriləcək “seçkilərə müdaxilə” olduğunu düşünür.

“Burada baş verənlər ədalətin parodiyasıdır. Səhv bir şey etmədik. Mən səhv bir şey etmədim", - o deyib.

Corciyada seçkiyə müdaxilə işi üzrə məhkəmə oktyabrın 23-də başlayacaq. Böyük münsiflər heyəti keçən həftə bu işdə ittihamları təsdiqləyib. Trampa qarşı bir neçə cinayət işi araşdırılır. 

16:59 - 25 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin