O, Priqojini Putindən icazəsiz öldürdü - Şok iddia

 O, Priqojini Putindən icazəsiz öldürdü - Şok iddia

Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarev iddia edir ki, Putinin Priqojini fiziki cəhətdən məhv etmək məqsədi olmayıb və Rusiya prezidenti Şoyqudan belə qətiyyətli addım gözləmirmiş.

Asayis.Az xəbər verir ki, onun fikrincə, bu qətlin arxasında Rusiyanın müdafiə naziri Sergey Şoyqu dayanır.

"Düşünürəm ki, bu, Şoyqudur. Düşünürəm ki, bu, cavabdır, Putin də deyil. Düşünürəm ki, Putin olsaydı, Priqojini aradan qaldırmaq üçün sırf FSB mexanizmindən istifadə edərdi. Təyyarədə ya bomba olub və ya mühərrik sıradan çıxardı. O, zəhərlənə bilərdi, Afrikada ovda xoşagəlməz hadisə ola bilərdi, yaxud da orada onu kərgədan əzərdi. Yəni çox şey ola bilərdi. Lakin o, iki S-300 raketi ilə vuruldu və yeni Aerokosmik Qüvvələrin komandiri gəldiyi gün vuruldu. Mən belə təsadüflərə inanmıram, ona görə də, anladığımız kimi Priqojinlə şəxsi hesabı olan Sergey Şoyqu idi. Mənə elə gəlir ki, bu, “cavabdır”, - Ponomaryov bildirib.

“Ölkə.Az”

13:49 - 25 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin