Türkiyədə 18 yaşlı gənc oğlan atasını güllələyərək öldürüb.
Asayis.Az xəbər verir ki, hadisə ölkənin Adana vilayətində baş verib.
İddiaya görə, narkotik aludəçisi olan 42 yaşlı kişi arvadı ilə mübahisə etməyə başlayıb və onu döyüb.
Nəticədə gənc oğlan əsəbiləşərək atasını güllələyib.
Hadisə yerinə polis və Təcili tibbi yardım qrupları gəlib, ilkin müdaxilələrə baxmayaraq yaralı dünyasını dəyişib.
Gənc oğlan polis tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir.