Türkiyə ordusu tərəfindən son bir həftədə daha 40 terrorçu zərərsizləşdirilib.
Asayis.Az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, türk ordusu PKK və FETÖ başda olmaqla terrora qarşı fasiləsiz və qətiyyətli mübarizəsini davam etdirir:
"Bu əməliyyatlar çərçivəsində İraq və Suriyanın şimalında son bir həftədə 40 terrorçu zərərsizləşdirilib.
Beləliklə, 1 yanvar tarixindən bəri zərərsizləşdirilən terrorçuların sayı 1102-yə çatıb.
Bir nəfər də olsun terrorçu qalmayana qədər mübarizəmiz eyni əzmlə davam edəcək".