“Göyərtəsində Yevgeni Priqojinin də olduğu təyyarə əvvəlcə havaya yüksəlib, sonra isə kəskin şəkildə enməyə başlayıb”.
Asayis.Az xəbər verir ki, bu barədə “Washington Post” yazıb.
“Aero Consulting Experts” şirkətinin baş direktoru Ross Aimer nəşrə bildirib ki, bu, baş verənlərə dair bir ipucu ola bilər.
“Havada ziqzaq hərəkəti pilotun hansısa səbəbdən təyyarəyə nəzarəti itirdiyini göstərir. Məsələn, raket hücumu və ya təyyarənin bir hissəsinin ayrılması. Pilot təyyarənin idarəetməsini itirib”, – o bildirib.
Nəşr həmçinin xatırladıb ki, Priqojinin çoxlu pasportları və onun “adı” ilə səyahət edən dublyorları var idi.