“Priqojinin ölümü müəammalıdır” - Fuad Abbasov

 “Priqojinin ölümü müəammalıdır” - Fuad Abbasov

Xəbər verdiyimiz kimi, ötən gün “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Baş verən təyyarə qəzasında 10 nəfər ölüb. Ölənlər içərisində Y. Priqojinin də cəsədi var.

Qeyd edək ki, bu ilin iyun ayının 23-də Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Y. Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. İyunun 24-ü Belarus Prezidenti A. Lukaşenko Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.

Bu barədə Ednews-a jurnalist Fuad Abbasov bildirdi ki, Priqojinin ölümü müəammalıdır. Nəzərə alaq ki, bundan əvvəlki fəaliyyətlərində də Priqojin ictimaiyyəti qeyri-müəyyən xəbərlərlə məlumatlandıraraq dezinformasiya ilə məşğul olan bir adam idi:

“Onun ölümünün nə qədər doğru olub olmamağını zaman göstərəcək. Bu gün Ukraynanın müstəqillik günüdü. Bir çox Ukrayna əsgərinin sanki qanına səbəb olmuş Priqojinin öldürülməsi Ukrayna üçün yaxşı bir hədiyyədir. Sanki onu Ukrayna ordusu, əsgəri vurmuş kimi təəssurat yarana bilər. Amma digər tərəfdən təyyarə Moskva yaxınlarında vurulub. Ora hər hansı bir Ukrayna raketinin uçması qeyri-mümkündür. Təyyarə yükəslikdə ikən vurulub. O yüksəklikdən təyyarəni ancaq hava hücumundan müdafiə sistemi vura bilər. Rusiyanın paytaxtı yaxınlarında hüucumdanda müdafiə sistemləri ancaq Kreml ətrafını qoruyan sistemlərdir. Sanki bunu Kreml tərəfindən verilən sifariş kimi də qiymətləndirə bilərik”. 

F.Abbasovun sözlərinə görə, Y.Priqojinin üsyanı 2 ay öncə olmuşdu. İki ay əvvəl bu tarixlərdə Priqojin Moskvaya hücum etmək ərəfəsində ikən saxlanılmışdı: 

“Belarusiya prezidenti onu qəbul eləmiş və sanki “Vaqner” Belarusiyaya köçürüldü deyə qərar alınmışdı. İki ay öncə Moskvanı tərk edərkən onun təyyarəsinin vurulması da təsadüfi deyil. Bir çox mənbələr bunun Putinin özünəməxsus bir qisas metodu olduğunu vurğulayır. Qisas metodunu tam Rusiyanın mərkəzinə yaxın bir yerdə hava sahəsində həyata keçirilməsi, aşağıdakı insanların təhlükəyə düşməsi, eləcə də təyyarənin ekipajının ölüdürülməsi kimi məsələlər dövlətin terrorla məşğul olmasının əlamətləridir. Yaddan çıxarmayaq ki, rus müxalifətçi Boris Nemtsov da eyni şəkildə öldürülmüşdü. Boris Prezovski də Londonda asılaraq öldürülmüşdü. Eləcə də kimyəvi maddə ilə zəhərlənən keçmiş rus gizli xidmət əməkdaşlarının həlak olmaları da terror idi. Rusiyanın öz rəqiblərini terrorla aradan qaldırması artıq ənənəvi hal alıb. Zaman keçdikcə Priqojinin ölümünün terrorla bağlılığını daha aydın biləcəyik”. 

11:27 - 24 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin