"Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə inanıram" - Prezident

“Azərbaycan-Ukrayna əlaqələrinin keçən ilin yanvarında Ukraynaya səfərim zamanı imzaladığımız Birgə Bəyannamədə öz əksini tapmış məram və məqsədlərə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə inanıram.

Asayis.Az
 xəbər verir ki, bunu Prezident İlham Əliyev Ukraynanın Müstəqillik Günü münasibətilə Ukrayna Prezidenti Volodimiz Zelenskiyə ünvanladığı məktubunda deyib.

“Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”, - dövlət başçısı əlavə edib.

17:38 - 24 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin