Rusiyada Priqojinin olduğu təyyarə qəzaya uğradı, 10 nəfər öldü

 Rusiyada Priqojinin olduğu təyyarə qəzaya uğradı, 10 nəfər öldü

Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə sərnişinlər arasında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin də var.

Asayis.Az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə olan 10 nəfər ölüb.

21:01

Rusiyanın Tver vilayətində təyyarə qəzaya uğrayıb. Onun “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə məxsus olduğu iddia edilir.

"Report" xəbər verir ki, bu barədə "Baza" teleqram kanalında məlumat yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza zamanı təyyarədə olan yeddi sərnişin və üç pilot həyatını itirib. Sərnişinlər arasında Yevgeni Priqojinin olduğu da deyilir.

Hadisə şahidlərinin sözlərinə görə, təyyarə vurulub, qəzadan əvvəl və sonra partlayış olub.

 

15:55 - 24 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin